0
Wednesday 15 July 2020 - 06:21

Bakıda qəzəbli xalq etiraz edir!

Story Code : 874520
Bakıda qəzəbli xalq etiraz edir!
Bakıda "Qarabağa azadlıq!", "Şəhidlər ölməz!", "İstefa" şüarları ilə mitinq keçirilir. Bütün xalqın küçələrə axışdığından vəziyyətin nəzarətdən çıxma ehtimalına görə Daxili Qoşunlar şəhərə çıxıb. 

Şəhidlər xiyabanı, Parlament binası ətrafına toplanan xalq arasında hətta sənətçilər də var. Vətəndaşlar yüksəkrütbəli hərbçilərimizin nöqtə vuruşu ilə işğalçı Ermənistan ordusu tərəfindən vurulmasının ölkə daxilində casuslar olduğunu göstərdiyini bildirirlər. Etirazçılardan bir qrupunun Parlament binasına daxil olduğu xəbər verilir.

Polis etirazçılara qarşı su şırnağı və zorakılıqdan istifadə etdikdən sonra qəzəbli xalq polis maşınını aşırıb.