QR CodeQR Code

Bakıda qəzəbli xalq etiraz edir!

15 Jul 2020 06:21

İslamTimes: Polis etirazçılara qarşı su şırnağı və zorakılıqdan istifadə etdikdən sonra qəzəbli xalq polis maşınını aşırıb. 


Bakıda "Qarabağa azadlıq!", "Şəhidlər ölməz!", "İstefa" şüarları ilə mitinq keçirilir. Bütün xalqın küçələrə axışdığından vəziyyətin nəzarətdən çıxma ehtimalına görə Daxili Qoşunlar şəhərə çıxıb. 

Şəhidlər xiyabanı, Parlament binası ətrafına toplanan xalq arasında hətta sənətçilər də var. Vətəndaşlar yüksəkrütbəli hərbçilərimizin nöqtə vuruşu ilə işğalçı Ermənistan ordusu tərəfindən vurulmasının ölkə daxilində casuslar olduğunu göstərdiyini bildirirlər. Etirazçılardan bir qrupunun Parlament binasına daxil olduğu xəbər verilir.

Polis etirazçılara qarşı su şırnağı və zorakılıqdan istifadə etdikdən sonra qəzəbli xalq polis maşınını aşırıb. 


Story Code: 874520

News Link :
https://www.islamtimes.org/az/news/874520/bakıda-qəzəbli-xalq-etiraz-edir

Islam Times
  https://www.islamtimes.org