QR CodeQR Code

Zaxarovadan “həyəcanlı” açıqlama: “Kart, rulet, dərman...”

15 Jul 2020 09:48

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın Ali Radası tərəfindən ölkədə qumar oyunlarının leqallaşdırılmasına dair qanunun qəbul edilməsinə münasibət bildirib.


Teleqraf.com xəbər verir ki, xanım diplomat Ukrayna parlamentində qəbul olunan sözügedən qanuna istehzalı reaksiya verib.

“Başqa necə olmalıdır: idmanı inkişaf etdirmək istəyirsinizsə, rulet, təhsil almaq istəyirsinizsə, kart oynayın. Həyəcan olmadan heç bir dərman dərman deyil. Afərin, belə davam edin”, - Zaxarova qeyd edib.

Xatırladaq ki, Ukraynada qumar oyunları 2009-cu ildən qanunla qadağan edilmişdi. Çərşənbə axşamı günü Ukrayna Ali Radasının deputatları qumar oyununun leqallaşdırılması haqqında qanunun qəbul edilməsinə səs verib. Sənəd hələ Prezident Vladimir Zelenski tərəfindən imzalamalıdır. Zelenskinin fikrincə, qumar biznesinin leqallaşdırılması ölkəyə turistləri cəlb edəcək.

Qanunun büdcəyə ildə 400 milyon dollardan çox vəsait cəlb edəcəyi təxmin edilir.


Story Code: 874552

News Link :
https://www.islamtimes.org/az/news/874552/zaxarovadan-həyəcanlı-açıqlama-kart-rulet-dərman

Islam Times
  https://www.islamtimes.org