QR CodeQR Code

Erməni lobbisi ABŞ-da Bakıya qarşı hərəkətə keçdi

15 Jul 2020 12:20

İslamTimes: ABŞ Konqresi Azərbaycana silah tədarükünün qadağan edilməsini müzakirəyə çıxaracaq.


Axar.az xəbər verir ki, bu məlumatı Amerika Erməniləri Milli Komitəsi (ANCA) yayıb.

ANCA bununla bağlı 2021-ci il hərbi büdcəsinə düzəlişin edilməsinə cəhdlərin olunduğunu bildirib. Bu təklifin erməni lobbisinin üzvləri olan konqresmen Frenk Pallone və Bred Şerman tərəfindən edildiyi vurğulanıb.

Bred Şermanın təklif etdiyi 66 nömrəli düzəlişə əsasən, Azərbaycana hansısa müdafiə məhsulu və xidmətlər ABŞ Prezidentinin Konqresə bu məhsulların mülki aviasiyaya təhdid yaratmayacağına dair zəmanət verməsi ilə tədarük edilə bilər.

Pallonenin təklif etdiyi 397-ci düzəlişə görə isə ABŞ Müdafiə Nazirliyi Azərbaycana hərbi dəstək proqramı haqqında (son bir neçə ildə bu dəstək 120 milyon dollar təşkil edib) Konqresə hesabat təqdim etməlidir.


Story Code: 874586

News Link :
https://www.islamtimes.org/az/news/874586/erməni-lobbisi-abş-da-bakıya-qarşı-hərəkətə-keçdi

Islam Times
  https://www.islamtimes.org