QR CodeQR Code

Trampın İranla birbaşa danışıqlar aparmaq xəyalları puça çıxdı

IslamTimes , 15 Jul 2020 18:53

İslamTimes: İspaniya informasiya agentliyi: Trampın İranla birbaşa, vasitəsiz danışıqlar aparmaq xəyalları puça çıxdı!


İspaniyanın rəsmi xəbər agentliyində 5+1 və İran arasında imzalanan nüvə sazişinin ildönümü münasibəti ilə dərc edilən məqalədə ABŞ prezidentinin Tehranla vasitəsiz danışıqlar aparmaq xəyallarının puça çıxdığından söz açılıb.

İspaniyanın EFE xəbər agentliyi Trampın 2015-ci ilin iyununda prezident seçkiləri ərəfəsindəkini çıxışını yada salaraq onun dilindən yazıb: “İran ilə razılıq əldə olunarsa (Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunarsa) İsrail yəqin ki, çox davam gətirə bilməyəcək. Bu bir fəlakətdir və biz İsraili qorumalıyıq..."

EFE xəbər agentliyinin verdiyi məlumata görə, Tramp təkcə İranın nüvə sazişini qüvvədən salmadı, o öz iddialarına əsasən daha yaxşı, İranla üz-üzə, vasitəsiz danışıqlarla bir razılaşma planını da həyata keçirə bilmədi.

Hərtərəfli Birgə Fəaliyyət Planı 14 İyul 2015-ci ildə 5+1 ölkələri (Çin, Rusiya, Fransa, Almaniya, Britaniya və ABŞ) ilə İran arasında imzalanmışdır. Bununla belə 2018-ci ildə ABŞ yalan iddialarla bu razılaşmanı ayaq altına aldı və Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə İslam Respublikasına qarşı maksimum təzyiq kampaniyasına start verdi.


Story Code: 874656

News Link :
https://www.islamtimes.org/az/news/874656/trampın-iranla-birbaşa-danışıqlar-aparmaq-xəyalları-puça-çıxdı

Islam Times
  https://www.islamtimes.org