0
Wednesday 15 July 2020 - 23:48

Moskva: ABŞ Suriyadakı terrorçulara silah göndərir

Story Code : 874716
Moskva: ABŞ Suriyadakı terrorçulara silah göndərir
Rusiyanın BMT-nin Cenevrədəki daimi nümayəndəsi Qennadi Qatiov əlavə edib ki, ABŞ və bir sıra digər Qərb ölkələri insan haqqları məsələsindən Suriyada fəaliyyət göstərmələri üçün bəhanə kimi istifadə edirlər. Qatilov rəsmi Vaşinqtonun Suriyadakı terror qruplaşmalarına müxtəlif yollarla silah göndərdiyini də bildirib.

ABŞ və İngiltərə Suriyanın İdlib əyalətindəki terror qruplaşmalarına yardım etməyə çalışır. Bu məqsədlə onlar "Suriyaya humanitar yardım yollamaq və bu yardımları lazım olan insanlara paylamaq" planlanından bəhanə kimi istifadə etməyə çalışırlar. Çin və Rusiya, Qərbin əsil niyyətindən xəbərdar olduğu üçün Təhlükəsizlik Şurasında bu plana veto qoyub.

Qennadi Qatilov bildirib ki, 2014-cü ildə 4 keçid məntəqəsindən "humanitar" yardımlar göndərilirdi. Bu gün isə Suriyada vəziyyət dəyişdiyindən 2 keçid məntəqəsindən istifadə olunur.
Source : IslamTimes