QR CodeQR Code

Moskva: ABŞ Suriyadakı terrorçulara silah göndərir

IslamTimes , 15 Jul 2020 23:48

İslamTimes: Qennadi Qatilov verdiyi açıqlamada bildirib ki, Vaşinqton Suriya hakimiyyətini zəiflətməyə çalışır və bu ölkənin ərazi bütövlüyünü pozur.


Rusiyanın BMT-nin Cenevrədəki daimi nümayəndəsi Qennadi Qatiov əlavə edib ki, ABŞ və bir sıra digər Qərb ölkələri insan haqqları məsələsindən Suriyada fəaliyyət göstərmələri üçün bəhanə kimi istifadə edirlər. Qatilov rəsmi Vaşinqtonun Suriyadakı terror qruplaşmalarına müxtəlif yollarla silah göndərdiyini də bildirib.

ABŞ və İngiltərə Suriyanın İdlib əyalətindəki terror qruplaşmalarına yardım etməyə çalışır. Bu məqsədlə onlar "Suriyaya humanitar yardım yollamaq və bu yardımları lazım olan insanlara paylamaq" planlanından bəhanə kimi istifadə etməyə çalışırlar. Çin və Rusiya, Qərbin əsil niyyətindən xəbərdar olduğu üçün Təhlükəsizlik Şurasında bu plana veto qoyub.

Qennadi Qatilov bildirib ki, 2014-cü ildə 4 keçid məntəqəsindən "humanitar" yardımlar göndərilirdi. Bu gün isə Suriyada vəziyyət dəyişdiyindən 2 keçid məntəqəsindən istifadə olunur.


Story Code: 874716

News Link :
https://www.islamtimes.org/az/news/874716/moskva-abş-suriyadakı-terrorçulara-silah-göndərir

Islam Times
  https://www.islamtimes.org