QR CodeQR Code

Prezident Bakıda aksiya keçirənlərə "ermənidən də aşağısınız" dedi

IslamTimes , 16 Jul 2020 00:23

İslamTimes: İlham Əliyev Nazirlər Kabinetinin iclasında ötən gün Bakıda aksiya keçirənləri sərt ifadələrlə tənqid edib


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda 14 iyulda Bakıda minlərlə insanın qatıldığı aksiyadan danışıb. Prezident 14 iyulda Bakıda ordumuzun itkilərindən sonra paytaxt küçələrinə çıxaraq şəhidləri qarşılayan və daha sonra etiraz aksiyası keçirən əhalini "çirkin ünsürlər", "ermənidən də pis insanlar" adlandırıb. İlham Əliyev deyib: "Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat... Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq..."

Qeyd edək ki,  Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli cəbhədə gərginlik yaranan ilk saatlarda bəyanat verərək, hakimiyyətlə fikir ayrılıqlarına baxmayaraq Ermənistan işğalçılarına qarşı dövlətin yanında olduğunu bildirib. Amma prezident İlham Əliyev torpaqlarımızın Ermənistan tərəfindən işğal olunmasının səbəbkarının Xalq Cəbhəsi olduğunu bildirib və onları xaricdən pul alaraq, düşmənə xidmət etməkdə günahlandırıb.


Story Code: 874719

News Link :
https://www.islamtimes.org/az/news/874719/prezident-bakıda-aksiya-keçirənlərə-ermənidən-də-aşağısınız-dedi

Islam Times
  https://www.islamtimes.org