0
Thursday 16 July 2020 - 01:28

Elmar Məmmədyarov: “Əşi, sən Allah bəsdir, bu saatda adama sual verərlər?”

Story Code : 874723
Elmar Məmmədyarov: “Əşi, sən Allah bəsdir, bu saatda adama sual verərlər?”
Ölkə başçısı XİN rəhbərinin son gərgin günlərdə iş başında olmamasını, son zamanlar fəaliyyətində neqativ hallara yol verməsini sərt qınayıb.

Bəs görəsən, Elmar Məmmədyarov ölkə başçısının tənqidlərini qəbul edirmi?

Bu suala aydınlıq gətirmək üçün Gununsesi.org nazirin özü ilə əlaqə saxlayıb. Sualı eşidən nazirin dediklərini olduğu kimi təqdim edirik :

“Əşi, sən Allah bəsdir. Soruşmağa mövzu yoxdur? Bu nə sualdır axı? Həm də bu saatda adama sual verərlər? Sabah Leyla Abdullayevaya zəng et, cavablandırsın”.