QR CodeQR Code

Tovuz istiqamətində ermənilərin yenidən hücum cəhdi olub

16 Jul 2020 09:17

İslamTimes: İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.


APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.


Story Code: 874760

News Link :
https://www.islamtimes.org/az/news/874760/tovuz-istiqamətində-ermənilərin-yenidən-hücum-cəhdi-olub

Islam Times
  https://www.islamtimes.org