0
Thursday 16 July 2020 - 14:33

İran “Remdesivir”in istehsalına başlayır

Story Code : 874827
İran “Remdesivir”in istehsalına başlayır
"Qafqazinfo" xəbər verir ki, bu barədə İranın Səhiyyə naziri Səid Nəməki açıqlama verib. O bildirib ki, hazırda koronavirusa qarşı heç bir təsdiqlənmiş və effektiv dərmanın olmamasına baxmayaraq "Remdesivir" preparatı ABŞ və Avropada koronavirus xəstələrinin müalicəsində istifadə olunur.

Nəməki bildirib ki, preparatdan ölkədə kifayət qədər olsa da gələn həftədən etibarən dərmanın yerli istehsalının başladılması planlaşdırılır.