QR CodeQR Code

Camal Kaşıkçının qətlə yetirilməsi zamanı səfir olan şəxsin vəzifəsi artırıldı

IslamTimes , 16 Jul 2020 15:38

İslamTimes: Jurnalist Camal Kaşıkçının Türkiyədə Konsulluqda qətlə yetirildiyi zaman Səudiyyə Ərəbistanının Türkiyədəki səfiri olmuş vəlid Əl-Xəracinin vəzifəsi daha da yüksəldilib


"Daily Sabah" informasiya agentliyinin verdiyi məlumata əsasən, ərəbistanlı jurnalist Camal Kaşıkçının Səudiyyə Ərəbistanının Türkiyədəki Konsulluğunda dəhşətli şəkildə qətlə yetirildiyi zaman Səudiyyə Ərəbistanının Türkiyədəki səfiri olmuş vəlid Əl-Xəracinin vəzifəsi daha da yüksəldilib. Sabiq səfir Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini təyin edilib.

Əl-Xəraci 2014-cü ilin dekabr ayından 2015-ci ilin 29 iyul tarixinədək Səudiyyə Ərəbistanının Təsərrüfat naziri olub. Daha sonra Salman bin Əbdül-Əziz onu Nazirlər Kabinetinin üzvü olaraq təyin edib.

Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda xüsusi amansızlıqla, doğranaraq qətlə yetirilməsi zamanı bu ölkənin Türkiyədəki səfiri olan Əl-Xəraci iddia edib ki, bu qətl baş verməzdən öncə uyğun cinayət planı ilə bağlı məlumatlı olmayıb.

Qeyd edək ki, Camal Kaşıkçı 2018-ci ildə evliliklə bağlı sənədini almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğuna getdiyi vaxt yoxa çıxmışdı.

Ərəbistan onun işlərini həll etdikdən sonra Konsulluğu tərk etdiyini iddia etsə də, daha sonra Ali-Səud rejiminin yalanları üzə çıxıb və jurnalistin Konsulluq binasında qətlə yetirilərək tikə-tikə doğrandığı sübuta yetirilib.


Story Code: 874849

News Link :
https://www.islamtimes.org/az/news/874849/camal-kaşıkçının-qətlə-yetirilməsi-zamanı-səfir-olan-şəxsin-vəzifəsi-artırıldı

Islam Times
  https://www.islamtimes.org