QR CodeQR Code

Ayətullah Xameneinin nümayəndəsi Ermənistanın hücumu haqda danışdı

16 Jul 2020 16:06

İslamTimes: Ali Dini Lider Seyyid Əli Xameneinin Ərdəbil üzrə nümayəndəsi: “Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması və azərbaycanlı hərbçiləri şəhid etməsi cinayətdir”. 


APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Ali Liderinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Seyid Həsən Amili deyib.

O bildirib ki, Ermənistan tərəfi yanlış yolu seçib və buna görə də regional və beynəlxalq dairələr onun cinayətini qınayır.

Şəhidlərə görə Azərbaycan xalqına başsağlığı verən İran Ali Liderinin nümayəndəsi bildirib ki, İran xalqı və dövləti həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Qeyd edək ki, Seyid Həsən Amili dəfələrlə özünün və digər İran vətəndaşlarının Qarabağda döyüşərək, şəhid olmağa hazır olduqlarını elan edib.


Story Code: 874851

News Link :
https://www.islamtimes.org/az/news/874851/ayətullah-xameneinin-nümayəndəsi-ermənistanın-hücumu-haqda-danışdı

Islam Times
  https://www.islamtimes.org