0
Thursday 16 July 2020 - 21:18

Fələstinin Google və Apple xəritələrindən silinməsi növbəti dəfə etirazlara səbəb oldu

Story Code : 874880
Fələstinin Google və Apple xəritələrindən silinməsi növbəti dəfə etirazlara səbəb oldu
"Guardian" nəşrinin verdiyi məlumata əsasən Fələstinin adının Amerikanın Google və Apple şirkətlərinin xəritələrindən silinməsi növbəti dəfə sosial şəbəkələrdə böyük etiraz dalğasının yaranmasına səbəb olub.

"Guardian"ın verdiyi məlumata görə bu mübahisəli addım ilk dəfə 2016-cı ildə böyük etiraz dalğası ilə qarşılaşıb. Həmin zaman Google və Apple rəhbərliyi bildirib ki, Fələstinin adı xəritədən silinməyib, ümumiyyətlə elə ilk günlərdən xəritədə olmayıb.

Həmin il Google şirkətinin sözçülərindən biri demişdi: "Fələstin adı "Google Map"-da heç zaman olmayıb. Amma son günlərdə proqramda yaranan bəzi problemlər səbəbindən Qəzza zolağı və Qərb Sahilini axtardıqda xəritədə nümayiş olunmur. Bu problemi aradan qaldırmaq üçün çalışırıq."

Bu qalmaqallı mövzudan 4 il sonra bir daha sosial şəbəkələrdə Amerika şirkətlərinin Fələstinə qarşı təxribatına etiraz dalğası baş qaldırıb. Google və Apple şirkətlərini tənqid atəşinə tutan sosial şəbəkə istifadəçiləri #FreePalestine, #StandWithPalestine kimi heşteqlər yazaraq Fələstin xalqına dəstək olduqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, uzun illərdən bu günədək mövcud olan Fələstin dövləti xəritələrdə qeyd edilmədiyi halda, 1948-ci ildə işğalçı hücumlar nəticəsində yaradılan, İsrailin adı xəritədə nümayiş etdirilir.
Source : IslamTimes