QR CodeQR Code

“Rusiyadan qorxduqları üçün...” – Bölgədə kritik gəlişmə

18 Jul 2020 06:40

İslamTimes: “Avropalılar Liviyadakı qarşıdurma və bu ölkəyə tətbiq olunan hərbi sanksiyalara münasibətdə səmimi deyillər”.


Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə şöbəsinin rəsmi nümayəndəsi David Şenker deyib.

O, Avropa dövlətlərinin BMT tərəfindən tətbiq olunan sanksiyaları pozduqlarını bildirib: “Onlar ancaq türk ordusunun Liviyaya yardım göndərməsinə mane olmağa çalışırlar. Amma kimsə BƏƏ və Misirin təyyarələrinin qarşısını kəsmək istəmir”.

Şenker Avropa ölkələrini qiyamçı Haftar ordusunu dəstəkləyən Rusiyanın “Vaqner” qrupuna sanksiya tətbiq etməyə çağırıb: “Bəlkə də onlar Rusiyadan qorxduqları üçün bunu etmirlər”.


Story Code: 875097

News Link :
https://www.islamtimes.org/az/news/875097/rusiyadan-qorxduqları-üçün-bölgədə-kritik-gəlişmə

Islam Times
  https://www.islamtimes.org