QR CodeQR Code

Trampdan inadkar qərar: “Maska məcburiyyətini təsdiq etməyəcəyəm”

18 Jul 2020 10:41

İslamTimes: Mən buna inanmıram, milli səviyyədə qoruyucu maska taxmaq məcburiyyətini təsdiq etməyəcəyəm.


Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Donald Tramp sağlam adamların maska taxmasını vacib hesab etməyib.

Xəstəliklərə Nəzarət və Müalicə Mərkəzinin 4-6 həftə ərzində hər kəsin maska taxacağı təqdirdə ölkədə pandemiyanın nəzarət altına alına biləcəyi haqda qərarına gəldikdə, Prezident Tramp bildirib ki, bu açıqlama ilə eyni fikirdə deyil.

Maska taxmağın sağlamlıq baxımından başqa problemlər yaratdığına toxunan prezident əlavə edib ki, cərrah Fauci və bir çox mütəxəssislər bunun əleyhinədirlər: “Ancaq anidən maska taxmağın məcburi olduğu fikri ortaya atıldı".


Story Code: 875146

News Link :
https://www.islamtimes.org/az/news/875146/trampdan-inadkar-qərar-maska-məcburiyyətini-təsdiq-etməyəcəyəm

Islam Times
  https://www.islamtimes.org