QR CodeQR Code

İran vasitəçilik təklif etdi - Telefon danışığı

18 Jul 2020 14:45

İslamTimes: İran bir daha Azərbaycanla Ermənistan arasında yaranmış gərginliyə son verilməsi üçün vasitəçilik etməyə hazır olduğunu bəyan edib.


Teleqraf.com xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə azərbaycanlı həmkarını Ceyhun Bayramov arasında telefon danışığı olub.

Məhəmməd Cavad Zərif yeni təyinat münasibəti ilə Ceyhun Bayramovu təbrik edib və ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Zərif Azərbaycan və Ermənistan arasındakı qarşıdurmada həlak olan hərbçilərin vəfatından kədərləndiyini deyib. O, bir daha İranın Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, İranın bir neçə şəhərində Azərbaycana dəstək mintinqi keçirilib, İran dövlət rəsmiləri isə bildirib ki, İran İslam Respublikası Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır və mübahisələrin sülh yolu ilə həll edilməsi tərəfdarıdır.


Story Code: 875195

News Link :
https://www.islamtimes.org/az/news/875195/iran-vasitəçilik-təklif-etdi-telefon-danışığı

Islam Times
  https://www.islamtimes.org