0
Saturday 18 July 2020 - 21:29

ABŞ-da durum ağırlaşır - Texasda 85 körpə koronavirusa yoluxub

Story Code : 875267
ABŞ-da durum ağırlaşır - Texasda 85 körpə koronavirusa yoluxub
Texas ştatı səlahiyyətliləri bildirib ki, koronavirus pandemiyası başlayan ilk gündən bu günədək 85 körpə Covid-19 virusuna yoluxub. Bu arada ABŞ-ın Texas əyaləti koronavirusun ən geniş yayıldığı ştat elan edilib. Ştat rəsmiləri koronavirusun yayılmasının qarşısını almaqda aciz qaldıqları üçün şəhər əhalisini bu işdə köməkçi olmağa çağırıb.

Texasda iyul ayında koronavirus infeksiyasına yoluxma halları daha da artıb. Onlarla körpə virusa yoluxub. Bu səbəbdən yerli hakimiyyət əhalidən maskalardan istifadə etmələrini və sosial məsafəni qorumağı istəyib.

Texas rəsmiləri ölü sayının çoxalması səbəbindən ştatda ölülərin müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş morqların dolduğunu bildirib və mərkəzi hakimiyyətdən səyyar morqlar göndərilməsini tələb ediblər.

Bloombergin məlumatına görə ABŞ-da Covid-19 epidemiyası səbəbindən amerikalılar depresiyaya düşüb, ümidsizliyə qapanıb və daha da aqressiv olublar.

Yanvar ayından bəri ABŞ-da 3,6 milyondan çox insan Covid-19 virusuna yoluxub, təxminən 140 min insan həlak olub.
Source : IslamTimes