0
Sunday 19 July 2020 - 00:59

Minlərlə etirazçı Netanyahunun istefasını tələb edib

Story Code : 875290
Minlərlə etirazçı Netanyahunun istefasını tələb edib
İşğalçı İsrail hökumətinin koronavirus pandemiyasına qarşı tədbirlərindən narazı olan əhali İsrailin baş naziri Benyamin Netanyahunun işğal olunmuş ərazilərdə, Beytül-Müqəddəsdəki iqamətgahı qarşısında etiraz aksiyası keçirib və onun istefasını tələb edib.

Bəzi etirazçıların əlində "Ən ölümcül virus Covid-19 yox, korrupsiyadır", "Netanyahu istefa!" şüarları yazılmış plakatlar olub.

Aksiyada iştirak etmək üçün Tel-Əvivdən Beytül-Müqəddəsə gələn gənc Fransa informasiya agentliyinə deyib: "İnsanlar üçün ən qorxulu, təhlükəli virus Covid-19 virusu deyil. Korrupsiya koronavirusdan daha təhlükəlidir!"

Bir il davam edən siyasi gərginliklərdən sonra, may ayında yeni koalisiya hökuməti quran Netanyahu iddia edib ki, onun korrpusiyada ittiham edilməsi baş nazir postundan uzaqlaşdırılması üçün cızılmış bir plandır.

Qeyd edək ki, sionist rejimin baş nazirinin növbəti məhkəmə prosesi iyul ayının 19-na təyin edilib.
Source : IslamTimes