0
Sunday 19 July 2020 - 01:42

Bayden həyəcan siqnalı verdi: “Rusiya müdaxiləyə hazırlaşır...”

Story Code : 875293
Bayden həyəcan siqnalı verdi: “Rusiya müdaxiləyə hazırlaşır...”
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş vitse-prezidenti, bu ilki seçkidə Prezident Donald Tramp əsas rəqib sayılan Co Bayden bəyan edib.

Bayden bildirib ki, onun üçün kəşfiyyat brifinqləri keçirilib. Rusiyanın planları haqqında ona bu brifiqlərdə məlumat verilib.

“Biz Rusiyanın planları haqqında əvvəllər də məlumatlıydıq və mən təminat verirəm ki, indi də bu barədə bilirəm. Çünki mənim üçün yenidən brifinq keçirilir. Ruslar yenə də seçki prosesimizin legitimliyini aradan qaldırmağa çalışırlar. Bu faktdır”, – deyə Qərb mediası Baydenin seçkiqabağı kampaniya üçün onlayn vəsait toplama tədbiri zamanı söylədiyi sözlərdən sitat gətirir.

Eyni zamanda, Bayden Rusiyaya hədə-qorxu gəlib. Deyib ki, Rusiya ABŞ-ın daxili işlərinə qarışmağa davam edərsə və Ağ Evdə prezident kürsüsünü götürsə, Moskva buna görə “real bədəl” ödəməli olacaq.