QR CodeQR Code

Misir müftisi Aya Sofya qərarına qarşı çıxdı

19 Jul 2020 00:25

İslamTimes: Misirin ali müftisi Şauki Alyam Aya Sofyanın məscidə çevrilməsinə qarşı çıxıb.


Axar.az xəbər verir ki, bunu o, “Sada əl Balad” televiziyasına müsahibəsində deyib.

“Kilsələr necə varsa, elə də saxlanılmalı, məscidlərə çevrilməməlidir. Misirin tarixində belə şey baş verməyib. Fərqli inanclar öz unikal imkanlarını saxlamalıdırlar”, – deyə o bildirib.

Qeyd edək ki, Aya Sofya 500 ilə yaxın məscid kimi fəaliyyət göstərib, 1934-cü ildə isə muzeyə çevrilmişdi.

Bu il 24 iyuldan məscid kimi fəaliyyətini davam etdirəcək.

 


Story Code: 875294

News Link :
https://www.islamtimes.org/az/news/875294/misir-müftisi-aya-sofya-qərarına-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org