QR CodeQR Code

ABŞ ordusu ilə rus hərbçiləri üz-üzə gəldi

19 Jul 2020 02:09

İslamTimes: Suriyada ABŞ qoşunları ilə Rusiya hərbi konvoyu üz-üzə gəlib.


Axar.az xəbər verir ki, Simelka sərhəd-keçid məntəqəsi yaxınlığında ABŞ ordusunun Rusiya hərbi konvoyunun keçməsinə icazə verməməsi gərginlik yaradıb.

Məlumata görə, 6 avtomobildən ibarət Rusiya hərbi polis patrulu döyüş helikopterlərinin müşaiyəti ilə Qamışlıdan Simelka sərhəd-keçid məntəqəsi istiqamətində yol alıb.

Rusiya konvoyu ABŞ ordusu və koalisiya qüvvələrinin istifadə etdiyi Əz-Zirai hava limanının yaxınlığındakı Şəkər Hac kəndindən keçən zaman ABŞ ordusu tərəfindən saxlanılıb.

ABŞ ordusu icazə vermədiyinə görə ruslar 20 kilometr uzunluğundakı torpaq yolla getməli olub. Buna baxmayaraq, amerikalılar rusları təqib edib. Nəhayət Eyn Tavil kəndindəki yolayrıcında ABŞ ordusu rus konvoyunun önünü kəsərək geri qaytarıb.


Story Code: 875295

News Link :
https://www.islamtimes.org/az/news/875295/abş-ordusu-ilə-rus-hərbçiləri-üz-üzə-gəldi

Islam Times
  https://www.islamtimes.org