0
Sunday 19 July 2020 - 07:53

Bakıda aksiyada iştirak edənlər həbs edildi

Story Code : 875314
Bakıda aksiyada iştirak edənlər həbs edildi
İyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Şəhidlər xiyabanı və Milli Məclisin inzibati binası yaxınlığında keçirilən aksiyada iştirak edən vətəndaşlardan bir neçəsi həbs olunub. Saxlanılanlar barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.

Qeyd edək ki, vətəndaşlar generalımızın Ermənistan işğalçıları tərəfindən nöqtə atışı ilə vurulmasından sonra etiraz etmişdilər. Bəzi etirazçılar generalın olduğu məkanın bu dəqiqliklə vurulmasının ordu içində xəyanətkar insanlar olduğunu göstərdiyini iddia edib.

Aksiyada iştirak edənlər dövlətin 30 ildir nəticə verməyən Qarabağ müzakirələrinin bundan sonra da faydasız olacağını və işğal olunmuş torpaqların hərbi yolla geri qaytarılmasını istədiklərini bildiriblər.

Son bir neçə gün ərzində minlərlə vətəndaşımız orduya yazılaraq, dövlət başçısına bildiriblər ki, işğal olunmuş torpaqların hərbi yolla geri qaytarılması istəyi təkcə sözdə deyil, bir həqiqətdir!
Source : IslamTimes