QR CodeQR Code

Talibandan ABŞ-ın ittihamlarına cavab: Pul üçün...

19 Jul 2020 09:14

İslamTimes: Rusiyanın Talibana ABŞ əsgərlərini öldürmək üçün pul təklif etməsi ilə bağlı iddialar yalandan ibarətdir.


Axar.az xəbər verir ki, bunu Taliban sözçüsü Süheyl Şahin deyib.

“Biz kimlərinsə pulu üçün müharibə aparmırıq. İnsanların özünə məxsus ideologiyası var. Bu ideologiya uğrunda döyüşür və özlərini qurban verirlər. Bu cür ittihamlarla Vaşinqtondakı bəzi qüvvələr ABŞ və Taliban arasında imzalanmış sülh sazişinin icrasına mane olmaq istəyir”, - S.Şahin bildirib.

Qeyd edək ki, ABŞ mətbuatı Rusiya hərbi kəşfiyyatının Talibana ABŞ əsgərlərini öldürmək üçün mükafat ödədiyini açıqlamışdı.


Story Code: 875325

News Link :
https://www.islamtimes.org/az/news/875325/talibandan-abş-ın-ittihamlarına-cavab-pul-üçün

Islam Times
  https://www.islamtimes.org