0
Sunday 19 July 2020 - 14:33

KİV: Twitter Trampın paylaşdığı videonu silib

Story Code : 875367
KİV: Twitter Trampın paylaşdığı videonu silib
APA "Reuters" ə istinadən xəbər verir ki, buna səbəb müəllif hüquqlarının pozulması ilə bağlı sosial şəbəkəyə göndərilən şikayət olub.

Agentliyin məlumatına görə, ilkin seçkilərlə bağlı paylaşılan videoda Linkin Park rok qrupunun mahnısı səslənir. Bu isə əvvəlcə Ağ Evin Sosial Media direktoru Dan Skavino tərəfindən yayımlanıb.

Müəllif hüquqları pozuntusu şikayəti isə Linkin Park-a məxsus olan Machine Shop Entertainment musiqi şirkətindən gəlib.

Hazırda Trampın səhifəsində həmin video mövcud deyil, bunun əvəzinə müəllif hüququ sahibinin şikayəti qeyd olunur.