0
Sunday 19 July 2020 - 22:58

BMT təcavüzkarları dəstəkləyir!

Story Code : 875422
BMT təcavüzkarları dəstəkləyir!
Yəməndə Milli Qurtuluş Dövlətinin Neft Şirkəti BMT-nin təcavüzkar rejimləri himayə edərək onlara dəstək olduğunu bildirib. Bu şirkət Ali Səud rejimi və müttəfiqlərinin cinayətlərinə görə Birləşmiş Millətlər Təşkilatının məsuliyyət daşıdığını vurğulayıb.

Neft Şirkəti Səudiyyə Ərəbistanının Yəmənə məxsus 20-yə yaxın neft tankerini Cizan yaxınlığında saxladığını xəbər verib və bildirib: 

"BMT sanki təcavüzkar rejimlərin dənizlərdə quldurluqla məşğul olmasına görə onları himayə etməyi özünün vəzifəsi bilir...
Bu gün Yəməndə yanacaqla bağlı böhran yaşanır. Bu böhranın həlli üçün Səudiyyə rejimi bizim neft tankerlərimizi azad etməlidir."

"Ənsarullah" Müqavimət Hərəkatının rəsmi veb saytı bildirib ki, Səudiyyə Ərəbistanı Yəməni mühasirəyə alaraq bu ölkə əhalisinin tədrici ölümü planını həyata keçirir. Bu təzyiqlər son zamanlarda daha da sərtləşib.

Neft Şirkəti bildirib ki, Ali-Səud rejimi 2 neft tankerinin Yəmən sahillərinə yan almasına izn verməklə özünə müsbət imic qazandırmağa çalışıb. Bu addım sadəcə beynəlxalq təzyiqlərdən qaçmaq üçün atılıb. 

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı bir aydan çoxdur ki, Yəmənə məxsus neft daşıyan gəmilərin bu ölkəyə sularına daxil olmasına mane olur. Onlar bu addımla Yəmənə qarşı uğursuz hərbi əməliyyatlarının əvəzini ödəməyə çalışır.
Source : IslamTimes