0
Monday 20 July 2020 - 12:09

Bayden Trampdan 15 faiz irəlidədir

Story Code : 875520
Bayden Trampdan 15 faiz irəlidədir
Modern.az bildirir ki, bu barədə “Washington Post” və “ABC News”un sorğusunun nəticəsində qeyd edilib.

Sorğu iştirakçılarına belə sualla müraciət edilib: “Əgər bu gün seçki olsaydı siz kimə səs verərdiniz?”

Sorğuda iştirak edənlərin arasında Baydenin reytinqi 55%, Trampın 40% təşkil edib.

Sorğu 12-15 iyul tarixində, təsadüfi yığılan telefon nömrələrinin sahibləri arasında keçirilib. 1006 iştirakçının 845 nəfərinin səsvermə hüququ var.

Qeyd edək ki, bu ilin noyabr ayında ABŞ-da prezident seçkiləri keçiriləcək.