QR CodeQR Code

Bayden Trampdan 15 faiz irəlidədir

20 Jul 2020 12:09

İslamTimes: ABŞ-ın keçmiş vitse-prezidenti və çox güman ki, Demokratlar Partiyasından prezidentliyə namizədliyini verəcək Co Bayden hazırkı prezident Donald Trampdan 15% irəlidədir.


Modern.az bildirir ki, bu barədə “Washington Post” və “ABC News”un sorğusunun nəticəsində qeyd edilib.

Sorğu iştirakçılarına belə sualla müraciət edilib: “Əgər bu gün seçki olsaydı siz kimə səs verərdiniz?”

Sorğuda iştirak edənlərin arasında Baydenin reytinqi 55%, Trampın 40% təşkil edib.

Sorğu 12-15 iyul tarixində, təsadüfi yığılan telefon nömrələrinin sahibləri arasında keçirilib. 1006 iştirakçının 845 nəfərinin səsvermə hüququ var.

Qeyd edək ki, bu ilin noyabr ayında ABŞ-da prezident seçkiləri keçiriləcək.

 


Story Code: 875520

News Link :
https://www.islamtimes.org/az/news/875520/bayden-trampdan-15-faiz-irəlidədir

Islam Times
  https://www.islamtimes.org