0
Wednesday 27 July 2011 - 00:21

2003-də tutulmayanlar “uduzdu”

Story Code : 87557
2003-də tutulmayanlar “uduzdu”
2003-də tutulmayanlar “uduzdu”
Bu barədə adı çəkilən qurumun rəsmi internet saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, AİHM Pənah Hüseyn, Arif Hacılı, Sərdar Məmmədov (Cəlaloğlu) və Rauf Abbasovun (Arifoğlu) məhkum olunmasını qanunsuz sayıb və məruz qaldıqları ədalətsizlik üçün Azərbaycan dövlətinin onlara maddi təzminat ödəməsi barədə qərar çıxarıb.
Beləliklə, adları çəkilən şəxslərə dövlət büdcəsondən 10 min avro məbləğində cərimə ödəniləcək.
Məsələ ilə bağlı qəzetimizə danışan AXP lideri Pənah Hüseyn məhkəmənin düzgün qərar verdiyini bildirdi: “2003-cü ildə qanunsuz olaraq həbs edilib mühakimə olunmağımızla bağlı Arif Hacılı, Sərdar Cəlaloğlu və Rauf Arifoğlunun şikayəti üzrə məhkəmə prosesi keçirilib. Şikayətimiz qəbul olunub və qərar rəsmi olaraq açıqlanıb. Gec də olsa Avropa məhkəməsinin bu qərarı hüquqi qərar olmaq baxımından çox əhəmiyyətlidir”.
ADP sədri Sərdar Cəlaloğlu isə məhkəmənin gecikmiş qərarını insan hüquqlarının pozulması kimi qiymətləndirir: “Çünki hüququn bərpası vaxtla bağlıdır. Avropa Məhkəməsinin qərarının mən birmənalı qarşılamıram. Biz Avropa insan haqları konvensiyasına görə iki maddə ilə əlavə şikayət etmişdik. Həmin şikayətlər təmin olunmayıb. Azadlıqdan məhrum edilməyimizin qarşılığında 10 min avro ödənilməsi əslinə qalsa Azərbaycan hökümətini bu cür həbslərə həvəsləndirir. Çünki hüquqda belə bir prinsip var, cəza o qədər gülünc olmamalıdır ki, bu cinayətə təşviq eləsin”.
Comment