QR CodeQR Code

Forbes: Çin və İran arasındakı razılaşma ABŞ-a möhkəm zərbədir

21 Jul 2020 00:24

İslamTimes: Forbes jurnalı Çin və İran arasında imzalanması gözlənilən sənəd haqda yazıb.


Forbes jurnalı Çin və İran arasında 25 illik müqavilə sənədinə işarə ilə yazıb: "Rəsmi Tehran və Pekin 25 illik müqavilə sənədi haqda açıqlama veriblər. Bu sənəddə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsini nəzərdə tutan layihələr yer alıb. Müqavilənin detalları tam şəkildə açıqlanmasa da qətiyyətlə deyə bilərik ki, uyğun müqavilə İranın Şərqə doğru böyük addımıdır."

Xəbərdə deyilir: "Bu müqavilə hər şeydən öncə ABŞ-ın Qərbi Asiyadakı nüfuzunu zəiflədəcək. Bu müqavilə daha öncə İranla 5+1 ölkələri arasındakı razılaşmanı tərk edən, daha sonra Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa son verən ABŞ-ın dünya nizamındakı mövqeyində geriyə doğru növbəti addımdır. İkinci dünya müharibəsindən sonra ilk dəfədir ki, ABŞ-ın dünya ökələrinə rəhbərlik rolunun kiçildiyini müşahidə edirik. Son illərdə Çinin xeyrinə, ABŞ-ın zərərinə olan bir sıra hadisələr baş verib..."

Qeyd edək ki, Çin şirkətləri Afrikada da böyük yatırımlar edib.
 


Story Code: 875623

News Link :
https://www.islamtimes.org/az/news/875623/forbes-çin-və-iran-arasındakı-razılaşma-abş-a-möhkəm-zərbədir

Islam Times
  https://www.islamtimes.org