0
Tuesday 21 July 2020 - 08:22

İranda 36 mindən çox məhkum azadlığa buraxıldı

Story Code : 875665
İranda 36 mindən çox məhkum azadlığa buraxıldı
Axar.az xəbər verir ki, bu barədə İranın Məhkəmə Hakimiyyətinin mətbuat katibi Qulamhüseyn İslami məlumat verib.

O bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə İran ədliyyəsi zindanda yatanların sayını azaltmaq qərarı verib. Qərara uyğun olaraq 36 min 283 məhkum müvəqqəti olaraq evlərinə buraxılıb.

Onun sözlərinə görə, məhkumlar kütləvi şəkildə deyil, mərhələlərlə azadlığa buraxılıb və koronovirus pandemiyası başa çatdıqdan sonra, cəzalarının qalan hissəsini də çəkəcəklər.

Qeyd edək ki, beynəlxalq təşkilatlar İranın bu addımını təqdir ediblər.