0
Tuesday 21 July 2020 - 12:41

Zərif Moskvaya, Putinə mühüm mesaj aparır

Story Code : 875718
Zərif Moskvaya, Putinə mühüm mesaj aparır
İran xarici işlər nazirinin siyasi işlər üzrə müavini Abbas Əraqçi Moskvaya səfəri zamanı Zərifi müşayiət edir.

İranın Moskvadakı səfiri Kazım Cəlali şəxsi Tvitter profilində bu gün (21 iyul) xarici işlər naziri Məhəmməd Cavad Zərifin reallaşdırması planlaşdırılan Rusiyaya səfəri ilə bağlı açıqlama verib.

Zərifin İran prezidenti Həsən Ruhaninin mesajını Rusiyanın prezidenti Vladimir Putinə çatdıracağını bildirən Cəlali, belə qeyd edib: “Cavad Zərif rusiyalı həmkarı Lavrovla nüvə müqaviləsinin imzalanmasından beş il sonra regional və ikitərəfli hadisələr barədə fikir mübadiləsi aparacaq.

Nüvə müqaviləsinə böyük dəstək verən Rusiya, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İdarə Heyətinin İrana qarşı qərarı ilə razılaşmadı. İran və Rusiya ABŞ-ın qeyri-insani və birtərəfli sanksiyalarına qarşı tam həmrəydir”.

Səfir Cəlali, həmçini qeyd edib ki, iki ölkənin liderlərinin və yüksək vəzifəli şəxslərinin iradəsi sayəsində ortaq maraqların təmin edilməsi və regional və qlobal təhlükəsizliyin təmin edilməsi istiqamətində artım müşahidə olunur. /Deyerler/