QR CodeQR Code

Çin Rusiyanın bu ölkəyə S-400 satmasına qarşı çıxdı

21 Jul 2020 13:00

İslamTimes: Çin hökuməti Rusiyanın Hindistana S-400 zenit raket sistemlərini satmaq planlarından narazıdır.


Axar.az xəbər verir ki, bu məlumatı “Sina” agentliyi yayıb. Məlumata görə, Pekin bu sistemlərin Hindistan-Çin sərhədində peyda olacağından və bunun ölkələr arasında konflikti gücləndirəcəyindən narahatdır.

Pekini narahat edən başqa məqam bu konfliktə Rusiyanın da qoşula biləcəyidir. Hazırda Hindistanın Çinlə sərhəddə “Akaş” sistemlərini yerləşdirdiyi bildirilir.

Qeyd edək ki, bir müddət öncə Çinlə Hindistan arasında son 45 ildə ilk dəfə hərbi toqquşma yaşanıb.


Story Code: 875720

News Link :
https://www.islamtimes.org/az/news/875720/çin-rusiyanın-bu-ölkəyə-s-400-satmasına-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org