QR CodeQR Code

Fransa ABŞ-ın təzyiq kampaniyasına qoşulmadı

21 Jul 2020 20:29

İslamTimes: Fransa öz ərazisində beşinci nəsil mobil internet sisteminin (5G) qurulmasında “Huawei” kompaniyasının texnologiyalarından istifadəyə maneə törətməyəcək, lakin özünün strateji maraqlarını da qoruyacaq.


AZƏRTAC France Inter radiostansiyasına istinadla xəbər verir ki, bu barədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Le Mer deyib.

“5G şəbəkəsinin qurulmasında “Huawei” kompaniyasının iştirakına qlobal qadağa yoxdur. Fransa onun 5G texnologiyasını maliyyələşdirməsinə mane olmayacaq. lakin özünün strateji maraqlarını da müdafiə edəcək, yəni zəif vəziyyətdə olan yerli müəssisələri qoruyacaq”, - deyə nazir radiostansiyanın efirində bildirib.

Bir qədər əvvəl Böyük Britaniya hökuməti rabitə infrastrukturunda “Huawei” kompaniyasının avadanlığından imtina ediləcəyini deyib. Dekabrın 31-dən etibarən britaniyalı operatorlar bu istehsalçının 5G məhsulunu əldə edə bilməyəcək, 2027-ci ilə qədər isə onlar digər müəssisələrin analoqları ilə əvəzlənəcək. Pekin isə öz növbəsində bu addımın Çin kompaniyalarının Birləşmiş Krallığa investisiya yatırımına təsir edəcəyini vurğulayıb.

Qeyd edək ki, 1987-ci ildə əsası qoyulan “Huawei” telekommunikasiya avadanlıqları, həmçinin istehlak qurğuları, smartfonların istehsalı ilə məşğul olur. Kompaniya dünyanın 170-dən çox ölkəsinə məhsul ixrac edir və xidmətlər göstərir.


Story Code: 875796

News Link :
https://www.islamtimes.org/az/news/875796/fransa-abş-ın-təzyiq-kampaniyasına-qoşulmadı

Islam Times
  https://www.islamtimes.org