0
Wednesday 22 July 2020 - 01:05

Netanyahuya qarşı etiraz aksiyaları davam edir

Story Code : 875825
Netanyahuya qarşı etiraz aksiyaları davam edir
"The Times of Israel"in verdiyi xəbərə görə sionist rejimin baş naziri Benyamin Netanyahuya etiraz olaraq onun işğal olunmuş Qüdsdəki iqamətgahı yaxınlığında keçirilən aksiyalar bu gün də davam edib. Sionistlərin Netanyahuya qarşı etiraz aksiyaları 30-dan çox müxtəlif qrupun iştirakı ilə keçirilir.

Etirazlar Benyamin Netanyahunun özünü və onun rəhbərlik etdiyi dövləti hədəf alıb. Koronavirusun yayılmasından sonra iqtisadi problemlərlə üzləşən sionistlər Netanyahu hökumətinin yetərli tədbirlər görmədiyi qənaətindədir. 

Netanyahunun iqamətgahı qarşısına toplaşan sionist etirazçılar baş nazirin korrupsiya ilə bağlı ittiham olunmasına işarə edən şüarlar da səsləndiriblər. Onlar korrupsiya ittihamı ilə məhkəmə qarşısına çıxan şəxsin dövlət təşkil etməsinə icazə verilməməli olduğunu bildiriblər.

Hazırda təhlükəsizlik qüvvələri sionist baş nazirin iqamətgahı ətrafında yerləşərək, fiziki qarşıdurma yaranmamasını təmin etməyə çalışır.
Source : IslamTimes