0
Wednesday 22 July 2020 - 11:22

Haaretz: “Seyid H.Nəsrullahın israillilərə çox böyük təsiri var”

Story Code : 875926
Haaretz: “Seyid H.Nəsrullahın israillilərə çox böyük təsiri var”
Qəzet Seyid Həsən Nəsrullahın sionist ordusunu Livandan çıxardığını və İsrail rejiminə qarşı çəkindirici bir obraza çevrildiyini, buna görə onun Ərəb ölkələrində bənzərinin olmadığını qeyd edib.

Haaretz qəzeti, həmçinin israillilərin Seyid Həsən Nəsrullahın söylədiklərinə sionist rejimin rəsmilərinin söylədiklərindən daha çox inandıqlarını yazaraq, Seyid Həsən Nəsrullahın İsrail rejimini “hörümçək torundan bir ev” kimi gördüyünü yazıb.

Bu arada, sionist İsrail rejimində bəzi akademik dairələr və tədqiqat qurumları israillilərin liderlərindən ümidsiz olduqlarını və gələcəkdə mümkün hərbi qarşıdurmada onlara dəstək verməyəcəyini söyləyirlər. /Deyerler/