QR CodeQR Code

ABŞ-dan Türkiyəyə qarşı ŞOK QƏRAR: S-400 aldığına görə...

22 Jul 2020 12:35

İslamTimes: ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyadan S-400 zenit-raket kompleksi aldığına görə Türkiyəyə tətbiq olunan sanksiya layihəsini qəbul edib.


Publika.az xəbər verir ki, palatanın respublikaçı senatoru Adam Kinzinqer və demokratçı senator Abiqail Spanberger tərəfindən təqdim olunan qanun layihəsi S-400 ticarəti səbəbilə Türkiyəyə sanksiya tətbiq etmək üçün Prezident Donald Tramp üzərində təzyiq yaradır.

Qanunda Türkiyənin Rusiyadan silah alışının ABŞ Konqresinin 2017-ci ildə qəbul etdiyi Sanksiyalar yolu ilə Amerikanın düşmənlərinə qarşı mübarizə haqqında qanuna (CAATSA) daxil olduğu ifadə edilir.

Layihənin qanuniləşməsi üçün Senatdan keçib Tramp tərəfindən imzalanması lazımdır.


Story Code: 875935

News Link :
https://www.islamtimes.org/az/news/875935/abş-dan-türkiyəyə-qarşı-şok-qərar-s-400-aldığına-görə

Islam Times
  https://www.islamtimes.org