QR CodeQR Code

Hizbullahdan qorxan İsrail hərbi təlimlərini ləğv etdi

IslamTimes , 23 Jul 2020 01:00

İslamTimes: Hizbullah döyüşçüsünün şəhid olmasından sonra işğalçı İsrail rejimi Livanla sərhəd yaxınlığındakı təlimləri dayandırıb


Sionist rejim KİV-i işğalçı İsrail ordusunun Hizbullahın Suriyadakı qüvvələrinin şəhid edilməsi səbəbindən göstərəcə biləcəyi reaksiyadan qorxaraq, şimal sərhədlərdə hərbi təlimləri təxirə saldığını bildirib.

Mediada yer alan xəbərlərə əsasən sionist rejimin ordu komandirləri dünən Hizbullahın bəyanatından sonra işğal olunmuş Fələstinin Livan ilə şimal sərhədində keçirilən hərbi təlimləri ləğv edib. Bəzi mənbələr sionistlərin Hizbullahın endirə biləcəyi zərbəyə görə hazırlıq vəziyyətinə gətirildiyini də bildirib.

İşğalçı İsrailin hərbi təlimlərinin ləğvi Livan sərhədi yaxınlığında sionist hərbçinin həlak olması və bir neçə nəfərin yaralanmasından sonra baş verib. Sionist informasiya agentlikləri hərbçinin qəzaya uğrayan cipin aşmasından sonra öldüyünü iddia edib.

"Russia Today" Livan "Hizbullah"ına yaxın bir mənbəyə istinadən bildirib ki, Hizbullah Suriyada şəhid olan döyüşçülərinin terror edilməsinə cavab verməyə hazırlaşır.

Hizbullah ötən gün verdiyi açıqlamada, işğalçı İsrailin Dəməşq hava limanı yaxınlığına hava hücumu nəticəsində Ali Kamil Mohsin adlı döyüşçüsünün şəhid olduğunu bildirmişdi.


Story Code: 876024

News Link :
https://www.islamtimes.org/az/news/876024/hizbullahdan-qorxan-israil-hərbi-təlimlərini-ləğv-etdi

Islam Times
  https://www.islamtimes.org