QR CodeQR Code

Lavrov: “Rusiya İranın nüvə proqramı ilə bağlı razılaşmanı qoruyacaq”

23 Jul 2020 01:14

İslamTimes: Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın İranın nüvə proqramı ilə bağlı razılaşmanın qorunması üçün hər cür səy göstərməyə hazır olduğunu söyləyib.


İyulun 21-i Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşən Lavrov, görüşdən sonra keçirilən birgə mətbuat konfransında jurnalistlərə açıqlamalar verib: “İranın nüvə proqramı ilə bağlı JCPOA-nın həyata keçirilməsinin müxtəlif aspektlərini ətraflı müzakirə etdik. İndiki vaxtda bu vacib sazişin beş ili tamam oldu. Razılaşma həqiqətən qlobal sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verdi və razılaşırıq ki, onu qorumaq üçün hər cür səy göstərilməlidir.

İnanırıq ki, həm saziş iştirakçıları arasında, həm də Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) çərçivəsində bərabər və konstruktiv qarşılıqlı fəaliyyətlə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində nəzərdə tutulmuş barışıq razılaşmalarının qorunmasına kömək edəcək”.

Rusiyalı diplomat, İrana qarşı silah embarqosunu müddətsiz etmək üçün edilən hər hansı bir cəhdin qanunsuz olduğunu və ABŞ-ın bu istiqamətdə müvəffəq olmayacağını bildirib: “BMT Təhlükəsizlik Şurası İran İslam Respublikasına qarşı silah embarqosunu tam tətbiq etmədi, lakin məhdud müddətə tətbiq olunan və bu müddət oktyabrda başa çatan İrana müəyyən növ silahların verilməsini təmin edən bir tənzimləmə tətbiq etdi. Bu tənzimləməni uzatmaq və daha önəmlisi, qeyri-müəyyən müddətə mövcud embarqonu həyata keçirmək üçün edilən hər hansı bir cəhdin heç bir siyasi və mənəvi hüquqi əsası yoxdur.

Buna görə də bizim mövqeyimiz aydındır, bu cür cəhdlərin əleyhinəyik. Bu cəhdlərin uğur qazanması üçün heç bir səbəb görmürük”.

İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tam üzvlüyünün bütün meyarlarına cavab verdiyini deyən Lavrov, Rusiyanın bu ölkənin təşkilata tam üzv olması üçün heç bir maneə görmədiyini vurğulayıb: “İranın ŞƏT-in tamhüquqlu üzvü olmasına heç bir maneə görmürük. İnanırıq ki, İran bu statusla bağlı bütün meyarlara cavab verir. Rusiya əvvəlcə İranın müraciətini fəal şəkildə dəstəklədi. Müraciətin təsdiqlənməsi üçün hazırda üzərində işlədiyimiz konsensus lazımdır”. /Deyerler/


Story Code: 876026

News Link :
https://www.islamtimes.org/az/news/876026/lavrov-rusiya-iranın-nüvə-proqramı-ilə-bağlı-razılaşmanı-qoruyacaq

Islam Times
  https://www.islamtimes.org