QR CodeQR Code

Rusiya və Çindən sonra növbə İrana çatdı

IslamTimes , 23 Jul 2020 18:52

İslamTimes: ABŞ dövlət katibi İranın ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə edəcəyini iddia edib


ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, ABŞ-da keçiriləcək prezident seçkilərində Çin, Rusiya və İran da daxil olmaqla xarici ölkələrin müdaxiləsi halına rast gəlinməyəcək.

Pompeo əlavə edib ki, bütün ABŞ dövləti kiber hücumlar vasitəsi ilə seçki prosesinə zərbə vurulmasına qarşı, namizədlər barədə məlumatların sızdırılması ilə bağlı hazırlıq vəziyyətinə gətirilib.

Dövlət katibi "Washington Times" qəzetinə bildirib ki, əsas təhlükə səsvermə prosesinə kiber hücumla təsir göstərilmə riski ilə bağlıdır. O İran və Çin dövlətlərinin də seçkilərə müdaxilə etmə ehtimalı olduğunu iddia edib.

Pompeo hansı tədbirlər görüldüyünü söyləmədən qeyd edib ki, dövlət tərəfindən lazımi tədbilər görülüb.

Dövlət katibi 2016-cı il seçkilərində Rusiyanın ABŞ da keçirilən prezident seçkilərinə müdaxilə etdiyini bildirib və buna görə Barak Obamanı tənqid edib.


Story Code: 876142

News Link :
https://www.islamtimes.org/az/news/876142/rusiya-və-çindən-sonra-növbə-irana-çatdı

Islam Times
  https://www.islamtimes.org