0
Thursday 23 July 2020 - 19:15

"Mavi-Bəyaz" partiyası: Beni Qants Netanyahunun yerinə keçməlidir

Story Code : 876149
"Mavi-Bəyaz" partiyası: Beni Qants Netanyahunun yerinə keçməlidir
"Yedioth Ahronoth" qəzetinin verdiyi məlumata əsasən, "Mavi-Bəyaz" partiyası ilə Likud partiyası arasında dövlət büdcəsi ilə bağlı ixtilafların gün-gündən çoxalması işğalçı İsraildə yeni siyasi böhran yaranmasına səbəb olub. "Mavi-Bəyaz" partiyası bildirib ki, iki partiya arasındakı anlaşmaya əsasən, büdcə ilə bağlı danışıqlarda nəticə əldə edilməsə Beni Qants Benyamin Netanyahunun yerinə baş nazir postuna keçməlidir. Bu barədə son qərarı Netanyahu və Beni Qants verməlidir.

Beni Qantsın "Mavi-Bəyaz" partiyası bildirib ki, büdcə ilə bağlı ixtilaflar Netanyahunun anlaşmanı pozmasına səbəb olsa, koalisiya dövlətinin dağılmasına görə Netanyahu özü məsuliyyət daşıyacaq. Belə olan təqdirdə isə Netanyahu yerini Beni Qantsa verməlidir.

Haaretz qəzeti çərşənbə günü bildirib ki, Netanyahu bu ilin büdcə planını təqdim etmək niyyətində deyil və o noyabr ayında yeni seçkilər keçirmək istəyir. Avqustun 25-dək büdcə ilə bağlı iki partiya arasında danışıqlar nəticə verməsə, sionist rejim parlamenti avtomatik olaraq buraxılacaq və işğal altındakı ərazilər dördüncü seçkilərə getməli olacaq.

 
Source : IslamTimes