0
Thursday 23 July 2020 - 23:25

Nensi Pelosi koronanı "Tramp virusu" adlandırdı

Story Code : 876161
Nensi Pelosi koronanı "Tramp virusu" adlandırdı
CNN kanalına müsahibə verən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib: "Düşünürəm ki, prezident Donald Trampın son açıqlamaları onun bu günə qədər etdiyi səhvlərin etirafı idi. O maskadan istifadə edilməsinin müsbət təsirləri olduğunu qəbul etdi və bunun hiylə və yalan olmadığını etiraf etdi. Amerikada pandemiya ilə bağlı vəziyyət Trampın səriştəsizliyi səbəbindən yaxşılaşmadan öncə daha da pisləşdi! Əsil həqiqətdə bu "Tramp virusu"dur!"

Pelosi çərşənbə axşamı Trampın Ağ Evdəki çıxışından sonra bu açıqlamanı verib. Bu günədək maskadan istifadəni qəbul etməyən, özü də əksər tədbirlərdə maskasız iştirak edən Donald Tramp nəhayət ki, maskadan istifadənin müsbət nəticələrini xatırladaraq amerikalıları mütəmadi olaraq əllərini yumağa və pandemiyanı aradan qaldırmaq üçün sosial məsafəni qorumağa çağırıb.
 
Pelosi əlavə edib: "Əgər Tramp bir neçə ay öncə seçki ilə bağlı təbliğat kampaniyası keçirmək əvəzinə insanları maska ​​taxmağa çağırsaydı daha çox amerikalı onu lider olaraq görüb, tövsiyələrinə əməl edərdi."

Xanım Pelosi ABŞ Prezidentinin məsuliyyətsizliyi səbəbindən minlərlə amerikalının həyatını itirdiyini bildirib.

Qeyd edək ki, ABŞ-da Covid-19 virusuna yoluxanların sayı 4 milyon 147 min nəfəri ötüb. Virus səbəbindən ölənlərin sayı isə 150 minə yaxınlaşır.
Source : IslamTimes