QR CodeQR Code

Ramzan Kadırov da Maykl Pompeoya “sanksiya” tətbiq etdi

25 Jul 2020 00:51

İslamTimes: Çeçenistan rəhbəri Ramazan Kadırov ona qarşı sanksiyalar tətbiq edən ABŞ Dövlət Departamenti ilə qiyabi polemikasını davam etdirib.


Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, çeçen lider dövlət katibi Maykl Pompeonun artıq respublikada “arzu edilməyən qonaq” olduğunu söyləyib.

“Mən yoldaş və cənab Pompeonu qonaq olaraq ölkəyə dəvət etmişdim. İndi hər kəsin yanında belə bir hüququmun olmadığımı deyirəm və ona qarşı bütün bank hesabları qapanmaqla birlikdə sanksyalar tətbiq olunduğunu bildirirəm”,-deyə Ramzan Kadırov muxtar qurumun hökumət iclasında söyləyib.

Çeçenistan rəhbərinin sözlərinə görə, ABŞ onu dəvət etsə belə oraya getməzdi. Bununla bərabər o rəsmi Vaşinqtonun qərarını əcaib adlandırb. R.Kadırov sanksiya üçün hüquqi əsaslardan hesab edilən hər hansı bir cinayətdə ittiham olunmadığını deyib. “Bundan başqa, mənim qızlarımın bu məsələyə nə dəxli var? Onlar niyə atalarına görə cavab verməlidirlər? Habelə mənim evdar və siyasətə qarışmayan xanımımın da sanksiya siyahısına daxil edilməsi olduqca qəribədir”,-deyə o söyləyib.

Kadırov adının qara siyahlya salınmasının özü üçün qürurverici məsələ olduğunu, çünki bununla beynəlxalq səviyyəli nüfuzlu şəxs kimi təsdiq edildiyini bildirib.


Story Code: 876354

News Link :
https://www.islamtimes.org/az/news/876354/ramzan-kadırov-da-maykl-pompeoya-sanksiya-tətbiq-etdi

Islam Times
  https://www.islamtimes.org