0
Saturday 25 July 2020 - 01:05

ABŞ İranla danışıqlar aparmaq istəyir

Story Code : 876355
ABŞ İranla danışıqlar aparmaq istəyir
ABŞ Əfqanıstanda sülh prosesi ilə əlaqədar İranla görüşlər keçirmək niyyətindədir.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Əfqanıstandakı nümayəndəsi Zalmay Xəlilzad deyib.

Z. Xəlilzad bildirib ki, bölgədə sülhə nail olmaq və onun qorunub saxlanılması son dərəcə vacibdir: “İranla Əfqanıstanda görüşlər təşkil etməyə hazırıq. Biz də İranın dəstəyini bildirməsini istəyirik”.