QR CodeQR Code

BMT ABŞ polisini etirazçılara qarşı zorakılığa son qoymağa çağırıb

IslamTimes , 25 Jul 2020 16:48

İslamTimes: Birləşmiş Millətlər Təşkilatı ABŞ polisini etirazçılara qarşı zorakılıq etdiyinə görə tənqid edib


BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) cümə günü bildirib ki, ABŞ polisi və təhlükəsizlik qüvvələri etirazçılara və jurnalistlərə qarşı zor tətbiq edərək onları həbsə almaqdan çəkinməlidir.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin sözçüsü Liz Trusel ABŞ Federal Polisinin Portlanddakı etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və digər zorakılıq vasitələrindən istifadə etməsindən sonra bu açıqlama ilə çıxış edib.

Federal polis qüvvələrinin etiraz aksiyalarında iştirak edənləri susdurmaq üçün göndərilməsi bir çox təşkilatın tənqidi ilə üzləşib.

"The Nation" nəşriyyəsinin bildirdiyinə görə Portland şəhərində polis məmurları mülki nəqliyyat vasitələri ilə şəhərdə gəzərək aksiyada iştirak etmiş şəxsləri həbs edir.

İnternetdə yayımlanan videolarda nümayişçilərin heç bir açıqlama verilmədən həbs edildiyi görünür.

Liz Trusel bildirib ki, mülki geyimli polislərin bu qaydada etirazçıları həbs etməsi böyük nigrançılıq doğurur. Çünki onların bu hərəkəti ölkədə cinayətkarların da bu üsuldan istifadə edərək istədikləri şəxsi oğurlamasına yol aça bilər!


Story Code: 876492

News Link :
https://www.islamtimes.org/az/news/876492/bmt-abş-polisini-etirazçılara-qarşı-zorakılığa-son-qoymağa-çağırıb

Islam Times
  https://www.islamtimes.org