0
Saturday 25 July 2020 - 18:38

Ərəbistanda "taxt-tac oyunları" başlayır

Story Code : 876512
Ərəbistanda "taxt-tac oyunları" başlayır
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin xəstəxanaya yerləşdirilməsindən sonra hakimiyyət daxilindəki mənbələr onun səhhətindəki problemin ciddi olmadığını iddia edib. Amma mətbuatda yayılan xəbərlər fərqlidir. Kralın vəziyyətinin gün-gündən ağırlaşdığı və şahzadə Məhəmməd bin Salmanın yaxın günlərdə yeni kral olacağı ilə bağlı şayiələr yayılır. Bu xəbərlər Ərəbistan daxilində və xaricdə Riyazdakı taxt-tac çəkişmələrini daha da artırıb. 2017-ci ildə Məhəmməd bin Salman öz əmisi oğlu, vəliəhd və baş nazir olan Bin Nayefi "vurmağa" nail oldu. 

Məhəmməd bin Salman həmin illərdə Vaşinqtondakı səfirlikdə iki tanınmış amerikalı yazarla görüşüb. Bu yazarlar "The Washington Post" qəzetindən David Ignatius və "The New York Times" qəzetindən Thomas Friedman olub. Hər iki yazar 2017-ci ildən etibarən Məhəmməd bin Salmanın vəliəhd, daha sonra kral təyin edilərsə Ərəbistanda böyük islahatlar aparacağını, bu ölkəni xilas edərək, yenidən quracağını yazdılar. Amma Məhəmməd bin Salman vəliəhd olduqdan sonra Səudiyyə Ərəbistanı məzlum Yəmən xalqının qətliamına başladı, bu ölkədə insan haqqlarının pozulması halları daha da artdı. Ən dəhşətli məqamlardan biri də Ali-Səud rejiminə müxalif mövqeyi ilə seçilən jurnalist Camal Kaşıkçının Məhəmməd bin Salmanın sifarişi ilə Türkiyədəki Ərəbistan konsulluğunda inanılmaz qəddarlıqla qətlə yetirilməsi oldu.

Bu gün Məhəmməd bin Salman kral olmağa ən yaxın şəxsdir. Taxt-taca susamış bu vəliəhd qarşısına çıxan maneələri nəyin bahasına olursa olsun aradan qaldırmağa hazırdır. Bu səbəbdən onun əmisi oğlu, sabiq vəliəhd və baş nazir olmuş Bin Nayefi mühakimə etmək fikrinə düşdüyü bildirilir. Bəzi ABŞ rəsmiləri Məhəmməd bin Salmanın Bin Nayefi qətlə yetirə biləcəyinə görə narahat olduqlarını dilə gətiriblər. 

Məhəmməd bin Salman üçün isə bu günlərdə ən narahatedici hal ABŞ-da seçkilər öncəsi sorğulara görə onun əsas hamilərindən olan Donald Trampın rəqibindən geri qalmasıdır. Co Baydenin hakimiyyətə gəlməsinin Məhəmməd bin Salman üçün bir sıra problemlər yaradacağı iddia edilir...
Source : IslamTimes