QR CodeQR Code

İşğalçı İsrail Hizbullaha: Belə olmasını istəməzdik

IslamTimes , 25 Jul 2020 20:17

İslamTimes: İşğalçı İsrail ordusu Hizbullah Müqavimət Hərəkatına mesaj göndərərək əslində Əli Möhsini öldürmək niyyətində olmadıqlarını iddia edib


Əl-Məyadin şəbəkəsinin verdiyi məlumata görə işğalçı İsrail ordusu Livanın Hizbullah hərəkatının son fəaliyyətlərini diqqətlə izləsə də bu hərəkatın cavab zərbəsinin necə olacağına görə narahatdır.

Məlumatlı mənbənin xəbərinə görə işğalçı İsrail ordusu Hizbullahın cavab zərbəsi endirəcəyinə əmin olduqdan sonra şimal sərhədlərində tədbirlər görməyə başlayıb.

Hizbullah hərəkatı öz döyüşçüsünün sionist rejimin hücumu nəticəsində şəhid olmasından sonra İsrailə mesaj ünvanlayıb, amma bu mesajda hər hansı bir xəbərdarlıq və ya təhdiddən söz açılmayıb.

Əl-Mayadin mənbələrə istinadən bildirib ki, İsrailin Livan Hizbullahına Rusiya kimi beynəlxalq vasitəçilər yolu ilə mesaj göndərməsi sadəcə bir iddiadır.

İddia olunan bu mesajda Tel-Əvivin Hizbullaha bu sözləri çatdırdığı bildirilir: "Biz Əli Möhsinin kimliyi ilə bağlı məlumatsız olmuşuq və onu öldürmək niyyətimiz olmayıb..."

Bu mənbələrə görə, İsrailin Hizbullaha Əli Möhsinlə bağlı mesajını BMT çatdırıb.


Story Code: 876529

News Link :
https://www.islamtimes.org/az/news/876529/işğalçı-israil-hizbullaha-belə-olmasını-istəməzdik

Islam Times
  https://www.islamtimes.org