QR CodeQR Code

Qants sionistləri etirazlara davam etməyə çağırdı

IslamTimes , 26 Jul 2020 23:27

İslamTimes: Netanyahunun rəqibi olan Beni Qants etirazçıları daha da geniş iğtişaşlar törətməyə çağırıb


İşğal olunmuş Fələstin ərazilərində Benyamin Netanyahuya qarşı etirazlar davam etdiyi bir zaman işğalçı İsrailin müdafiə naziri, həmçinin Netanyahunun rəqibi olan Beni Qants etirazçıları daha da geniş iğtişaşlar törətməyə çağırıb.

Qants Netanyahuya qarşı etirazlardan danışarkən deyib: "Hər bir vətəndaş istəklərinin reallaşması üçün çalışmalı və lazım gələrsə etiraz etməlidir!"

Etirazçılara tam dəstək verdiyini söyləyən Beni Qantz əlavə edib: "Etirazçılara qarşı zorakılıq halları ilə bağlı ciddi tədbir görülməli, bu zorakılıq qarşısında müqavimət göstərilməlidir."

Qeyd edək ki, bir neçə həftədir ki, işğal olunmuş Fələstin ərazilərində geniş etiraz aksiyaları keçirilir. Etirazçılar Benyamin Netanyahunun özünü və rəhbərlik etdiyi dövləti koronavirusun yayılmasına görə tənqid atəşinə tutur. Sionistlərin fikrincə, koronavirusun işğalçı İsraildə bu qədər geniş şəkildə yayılmasına Netanyahu hökumətinin kifayətsizliyi səbəb olub. Onlar bu virus yayıldıqdan sonra iqtisadi problemlərin çoxalmasına görə də Netanyahunun məsuliyyət daşıdığını söyləyirlər.


Story Code: 876715

News Link :
https://www.islamtimes.org/az/news/876715/qants-sionistləri-etirazlara-davam-etməyə-çağırdı

Islam Times
  https://www.islamtimes.org