QR CodeQR Code

Netanyahu yenidən məhkəmə qarşısına çıxarılacaq

27 Jul 2020 00:33

İslamTimes: İsrail rejimində korrupsiya və rüşvətdə, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılan sionist baş nazir Binyamin Netanyahu ilə bağlı növbəti dinləmələr 6 dekabr tarixində baş tutacaq.


“Report” xəbər verir ki, baş nazir prosesdə şəxsən iştirak etməlidir.

Netanyahunun işi üzrə məhkəmə çərçivəsində təqribən 300 ittiham şahidinin dinlənməsi planlaşdırılır.

Netanyahu iclasın başlanmasından əvvəl məhkəmə binasında bildirib ki, ona qarşı sui-istifadə və korrupsiya ilə bağlı ittihamlar sağların nümayəndələri tərəfindən onun ölkədə hakimiyyətdən kənarlaşdırılması məqsədilə quraşdırılıb.


Story Code: 876719

News Link :
https://www.islamtimes.org/az/news/876719/netanyahu-yenidən-məhkəmə-qarşısına-çıxarılacaq

Islam Times
  https://www.islamtimes.org