QR CodeQR Code

ABŞ Konqresi Trampı ölkədə pandemiyanın vəziyyətini ağırlaşdırdığına görə qınayıb

27 Jul 2020 08:16

İslamTimes: ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi iyulun 26-da prezident Donald Trampı pandemiya ilə mübarizəyə yanaşmasına görə tənqid edib.


APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Pelosi bu barədə CBS telekanalının efirində bildirib.

O, Trampın pandemiyanın ilk günlərindən vəziyyəti daha da ağırlaşdırdığını deyib.

Spiker ABŞ liderinə yeni ləqəb verməyi təklif edib: “Onun üçün yeni bir ad irəli sürə bilərəm – “Vəziyyəti daha da pisləşdirən cənab””.

Qeyd edək ki, Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da 4,99 milyondan çox koronavirusa yoluxma qeydə alınıb, 146 mindən çox insan ölüb.

 


Story Code: 876778

News Link :
https://www.islamtimes.org/az/news/876778/abş-konqresi-trampı-ölkədə-pandemiyanın-vəziyyətini-ağırlaşdırdığına-görə-qınayıb

Islam Times
  https://www.islamtimes.org